BAKI, 13 fevral. TELEQRAF

Hazırda “Sputnik-Azərbaycan” əməkdaşları işini davam etdirir. Rəsmi qərar olmayana qədər işçilərimizin sayının azaldılacağı barədə yayılan xəbərlərə şərh vermirik.

Bu barədə Teleqraf-a “Sputnik-Azərbaycan”ın redaksiyasından bildirilib.

Xatırladaq ki, “Caliber.az” saytı Azərbaycan mövcud uyğunsuzluğu aradan qaldırmaq üçün xarici KİV-lərin ölkəmizdəki nümayəndəlik və filiallarının faktiki fəaliyyətinə müəyyən düzəlişlər etmək qərarına gəldiyini yazıb. Məlumata görə, düzəlişlər əsasən “Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin ölkədə filialı kimi fəaliyyət göstərən “Sputnik-Azərbaycan” nəşrinə, eləcə də “BBC”yə (“BBC News Azərbaycanca”) təsir edəcək.