BAKI, 13 fevral. TELEQRAF

Stokholm Məhkəməsi İsveçin Linköpinq şəhərində iğtişaşlarda iştirak edən və Quranın yandırlmasını həyata keçirən 18 yaşlı şəxs barəsində həbs qətimkan tədbiri seçib.

Teleqraf SVT-yə istinadla xəbər verir ki, o, çərşənbə axşamı təhlükəsizlik polisləri tərəfindən saxlanılıb.

Həmin gənc 2022-ci ildə Quranın yandırılması ilə bağlı Linköpinq şəhərində iğtişaşlarda iştirak edib, bundan sonra polisə tabe olmamaqda təqsirli bilinib. O, əvvəllər də quldurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum edilib.

Bu dəfə prokurorluq onun terror cinayəti törətməyə hazırlaşmaqda, adam öldürməyə cəhddə və partlayıcı maddələrdən istifadə etməklə ağır cinayət törətməyə hazırlaşmaqda şübhəli bilindiyi üçün həbsə alınmasını məqsədəuyğun hesab edib.