BAKI, 7 fevral. TELEQRAF

Qəzzada atəşkəs razılaşması təhlükə altındadır.

Teleqraf xəbər verir ki, bunu HƏMAS Siyasi Bürosunun üzvü Basem Naim deyib.

O, AFP-yə bildirib ki, Qəzzada atəşkəs razılaşması iflasa uğramaq təhlükəsi ilə üz-üzədir.

Onun sözlərinə görə, razılaşma "təhlükə altındadır" və o, "boşa çıxa bilər".

Xatırladaq ki, tərəflər Qəzza zolağında hələ fevralın 3-də başlamalı olan atəşkəs rejiminin tətbiqi ilə bağlı sazişin icrasının ikinci mərhələsi üzrə danışıqlara başlamayıblar.

Naim deyib ki, İsrail sənəddə nəzərdə tutulan öhdəlikləri yerinə yetirməyi təxirə salır.