![](https://teleqraf.az/storage/2024/10/16/715x378/zelenski.jpg)
BAKI, 13 fevral. TELEQRAF
Ukrayna Kiyevin iştirakı olmadan münaqişənin həlli üçün Moskva və Vaşinqton arasında aparılan ikitərəfli danışıqların heç bir nəticəsini qəbul etməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə Ukryan Prezidenti Volodimir Zelenski "Biz Ukraynayıq" telekanalına müsahibə zamanı deyib.
Zelenski ABŞ prezidenti Donald Trampın ona zəng etməzdən əvvəl Rusiya lideri Vladimir Putinlə telefon danışığından çox üzüldüyünü vurğulayıb.
Ötən gün Rusiya və ABŞ prezidentləri arasında 1 saatdan çox telefon danışığı olub. Hər iki ölkənin lideri Ukraynada döyüşlərin dayandırılması məsələsini, ikitərəfli münasibətləri və bir sıra digər mövzuları müzakirə ediblər.