BAKI, 12 fevral. TELEQRAF

Suriya yeni hökuməti Rusiya və İrandan müsbət siqnallar alır.

Teleqraf xəbər verir ki, bu barədə Suriya xarici işlər naziri Əsəd Həsən Şibani bildirib.

"Müsbət siqnallar var. Lakin biz istəyirik ki, bunlar aydın bir siyasətə çevrilsin. Suriya xalqının Rusiya və İranla olan problemi, bu ölkələrin Bəşar Əsəd rejimini dəstəkləməsidir. Biz qarşılıqlı hörmətə və daxili işlərə qarışmamağa əsaslanan münasibətləri alqışlayırıq", - o qeyd edib.