![](https://teleqraf.az/storage/2023/04/17/715x378/hemas72.jpg)
BAKI, 10 fevral. TELEQRAF
Fələstinin HƏMAS hərəkatı İsrailin atəşkəs razılaşmasını pozması səbəbindən Qəzza zolağında saxlanılan və fevralın 15-də evlərinə dönməli olan yeni girovlar qrupunun azad edilməsi prosesini təxirə salıb.
Teleqraf xəbər verir ki, bu açıqlama ilə HƏMAS-ın hərbi qanadı "İzzəddin əl-Qəssam" briqadaları qruplaşmasının nümayəndəsi Əbu Ubeydə çıxış edib.
"Son üç həftə ərzində biz İsrail tərəfindən sövdələşmənin şərtlərinin mütəmadi pozulmasının şahidi olduq. Bununla əlaqədar fevralın 15-də azad edilməli olan girovların təhvil verilməsini növbəti bildirişə qədər təxirə salmaq qərarına gəldik. İsrail müqavilənin müddəalarına əməl etməlidir", - deyə söyləyib.
Hərəkat təmsilçiləri bildiriblər ki, İsrail Qəzza razılaşmasına əməl etməli, dəymiş ziyan kompensasiya olunmalıdır. Bundan sonra HƏMAS girovları azad edəcək.