![](https://teleqraf.az/storage/2025/02/07/715x378/snoop.png)
BAKI, 7 fevral. TELEQRAF
Fevralın 8-də Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında saxlanılan üç israilli girovu azad edəcək.
Teleqraf xəbər verir ki, bu barədə HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları qrupunun nümayəndəsi Əbu Ubeydə məlumat yayıb.
Azad olunacaq girovlardan biri Almaniya vətəndaşı Ohad Ben-Amidir.
“İsrail ilə mübadilə razılaşmasının bir hissəsi olaraq, biz şənbə günü, fevralın 8-də Eliyahu Sharabi, Or Levi və Ohad Ben-Amini azad etmək qərarına gəldik”, - Əbu Ubeydə teleqram kanalında yazıb.