BAKI, 12 fevral. TELEQRAF

Mərakeş Krallığının İsrailə müdafiə sahəsində əməkdaşlıq etməsi ərəb ölkələrində ciddi narazılığa səbəb olub.

Teleqraf xəbər verir ki, Fransanın "La Tribune" qəzetində yer alan xəbərə görə, Mərakeş ordusu İsrailin müdafiə şirkətindən 36 ədəd “Atmos 2000” özüyeriyən artilleriya sistemi almaq barədə razılığa gəlib .

Razılaşma Mərakeşlə Fransanın müdafiə şirkəti KNDS arasında yaranan gərginlikdən sonra baş verib.

İsrail və Mərakeş arasında hərbi əlaqələr 2020-ci ildə ABŞ-nin vasitəçiliyi ilə imzalanan normallaşma sazişindən sonra güclənib.

Mərakeş İsraillə iqtisadi və siyasi əlaqələrini genişləndirsə də, vaxtaşırı İsrailin siyasətini tənqid edir.

İsrail və ABŞ rəsmiləri Mərakeş və Somalinin bölgələrini Qəzzadan fələstinlilərin köçürülməsi üçün potensial hədəflər kimi müəyyənləşdiriblər. Mərakeş bu plana qarşı çıxıb.