BAKI, 13 fevral. TELEQRAF
2024-cü ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından hasilat təhlükəsiz şəkildə davam edib və ümumi hasilat 600 milyon tona çatıb.
Teleqraf xəbər verir ki, il ərzində "Çıraq" yatağından 23 000, "Mərkəzi Azəri"yatağından 97 000, "Qərbi Azəri" -dən 75 000, "Şərqi Azəri" -dən 51 000, "Dərinsulu Günəşli" -dən 57 000, "Qərbi Çıraq"-dan 29 000 və ACE-dən 10 000 barel neft hasil olub. Ümumilikdə gündə orta hesabla 342 000 barel və ya ümumilikdə təxminən 125 milyon barel, yəni 16 milyon ton olub.
Dördüncü rübdə AÇG yatağından indiyədək əldə edilmiş ümumi hasilat 600 milyon tona çatıb.
Qeyd edək ki, ilin sonunda AÇG-də ümumilikdə 148 neft hasilatı quyusu, 46 su injektoru quyusu və 7 qaz injektoru quyusu istismarda olub.