![](https://teleqraf.az/storage/2021/11/05/715x378/vaksin-sinopharm.jpg)
Ötən il Azərbaycana insanlar üçün vaksin idxalı azalıb.
Teleqraf xəbər verir ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2024-cü ildə 16 milyon 620 min dollar dəyərində 15,85 ton insanlar üçün vaksin idxal edilib. Bu, 2023-cü illə müqayisədə 2,6 dəfə azdır. 2023-cü ildə 41,84 ton insanlar üçün vaksin idxal edilmişdi.
Azərbaycan vaksin ixrac etməyib.
İnsanlar üçün vaksin ən çox Hindistan və Fransadan idxal edilib. Müvafiq olaraq 6.54 və 6.98 ton.
Digər ölkələrin – Özbəkistan, Rusiya, Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı, Belçika, Bolqarıstan, İrlandiya, Niderland – idxalda payı azdır.