![](https://teleqraf.az/storage/2025/02/13/715x378/3cc74e70-5492-476c-92e3-6a177244c29b.jpg)
BAKI, 13 fevral. TELEQRAF
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, son gün ərzində keçirilən növbəti profilaktik tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmayan 10 ədəd tüfəngi könüllü olaraq polisə təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.