![](https://teleqraf.az/storage/2024/04/24/715x378/sisi.jpg)
BAKI, 12 fevral. TELEQRAF
Misir prezidenti Əbdülfəttah əs-Sisi Qəzzanın “fələstinlilər köçürülmədən” yenidən qurulmasına çağırış edib.
Teleqraf xəbər verir ki, Danimarkanın Baş naziri Mette Frederiksen ilə telefon danışığında Sisi Qəzza zolağının yenidən qurulması zamanı fələstinlilərin köçürülməsinə qarşı çıxıb.
Misir prezidentinin ofisindən verilən açıqlamaya görə , Fələstin dövlətinin yaradılması regionda “davamlı sülhün yeganə təminatıdır” .
Tramp fələstinlilərin Qəzzadan Misir və İordaniyaya köçürülməsini və bölgənin ABŞ tərəfindən idarə olunmasını təklif edib. O, Qəzzanın “Yaxın Şərqin Rivierası”na çevrilməsini nəzərdə tutan plan təklif edib.
Trampın təklifi ciddi etirazlarla qarşılanıb.