BAKI, 9 fevral. TELEQRAF

İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilindəki Nur Şəms bölgəsində hərbi əməliyyatları genişləndirdiyini açıqlayıb.

Teleqraf “Reuters”ə istinadən xəbər verir ki, bu barədə hərbi rəsmilər məlumat verib.

İsrail hərbi qüvvələri əməliyyat zamanı bir neçə silahlının öldürüldüyünü və axtarışda olan şübhəlilərin saxlanıldığını bildirib.