BAKI, 13 fevral. TELEQRAF

Böyük Britaniya Suriyada hakimiyyət dəyişdikdən sonra enerji, nəqliyyat və maliyyə sahələrindəki sanksiyaları yumşaldacaq.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər nazirinin müavini Stiven Dauti.

"Britaniya hökuməti yaxın aylarda Suriya sanksiya rejimini tənzimləmək üçün tədbirlər təqdim edəcək. Bu dəyişiklikləri, Suriyanın bərpasına dəstək vermək, təhlükəsizlik və sabitliyin təmin olunmasına kömək etmək məqsədilə edirik. Bu tədbirlər enerji, nəqliyyat və maliyyə sahələrində tətbiq olunan məhdudiyyətlərin yumşaldılmasını və humanitar yardımların çatdırılmasına dəstək verəcək əlavə tədbirləri əhatə edəcək”,- o qeyd edib.