BAKI, 8 fevral. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Suriyada "HƏMAS" hərəkatına məxsus silah anbarlarına hücum edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin ( IDF ) mətbuat xidməti məlumat yayıb.

Zərbələr Suriyanın cənubundakı Deyr Əli bölgəsində həyata keçirilib.

Məlumatda bildirilir: “Anbarlarda saxlanılan silahlar İsrail ordusuna hücum üçün nəzərdə tutulub”.

Yanvarın 27-də İsrail ordusu İordan çayının qərb sahilinin şimalındakı Tulkarm şəhərində antiterror əməliyyatına başladığını elan edib. Həmin gün İsrail aviasiyasının hava zərbələri nəticəsində HƏMAS hərəkatının yerli rəhbəri İhab Əbu Attivi öldürülüb.