BAKI, 13 fevral. TELEQRAF

Azərbaycana Ermənistan ərazisindən yüklərin yoxlama olmadan daşınmasına imkan yaradılacağı istisna deyil.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Qeqam Manukyan deyib.

“Bu günlərdə Ermənistan Baş naziri Nikol Paşinyan bəyan elədi ki, (yolların açılması ilə bağlı) Azərbaycana təklif veriblər. Hakimiyyətin fikrincə, Azərbaycan bundan imtina etməz. Bu, nə deməkdir? İki gün əvvəl də Ermənistan parlamentinin sədri Alen Simonyan açılacaq yollardan yüklərin fasiləsiz daşınmasından danışıb. Nə barədə danışdıqlarını təsəvvür etmək mümkündür. İstisna edilmir ki, Ermənistan hökuməti Azərbaycana ölkəmizin ərazisindən yüklərin yoxlama olmadan daşınmasını təklif edib”, - siyasətçi bildirib.

Manukyan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz keçidin təmin edilməsi üçün İrəvanın Bakıya şifahi razılıq verdiyini istisna etmir.