BAKI. 12 fevral. TELEQRAF

İran ABŞ Prezidenti Donald Trampın maksimum təzyiq siyasəti ilə bağlı yaranan iqtisadi çətinlikləri Rusiya və Çinlə əməkdaşlıq edərək aşmağı bacaracaq.

Teleqraf xəbər verir ki, bu barədə İran parlamentinin üzvü Əhməd Baxşayeş Ərdestani bildirib.

"Maksimum ABŞ təzyiqi altında olsaq da, biz Rusiya, Çin və qonşu ölkələrlə qarşılıqlı əlaqə quraraq bəzi iqtisadi problemləri həll edə bilərik. Bunu ABŞ-də Donald Trampın prezidentlik müddəti bitənə qədər edə bilərik”, - o qeyd edib.