BAKI, 9 fevral. TELEQRAF

Səudiyyə Ərəbistanı İsrailin baş naziri Benyamin Netanyahunun fələstinlilərin köçürülməsi və Fələstin dövlətinin Səudiyyə Ərəbistanı ərazisində qurulması ilə bağlı fikirlərinə etiraz edib.

Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"Fələstin xalqı öz torpaqlarına sahibdir. Onlar işğalçıların istədikləri zaman köçürə biləcəyi insanlar deyillər", - bəyanatda deyilir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Netanyahu ilə keçirdiyi mətbuat konfransında Qəzza zolağının uzun müddət idarə olunmasını düşündüklərini bildirib. O, həmçinin ABŞ hərbçilərinin Qəzzaya göndərilməsinə və fələstinlilərin bu ərazidən digər ölkələrə köçürülməsinə dəstək verdiyini qeyd edib.