![](https://teleqraf.az/storage/2025/02/06/715x378/0000.jpg)
BAKI, 6 fevral. TELEQRAF
İran və Ermənistan hərtərəfli strateji tərəfdaşlıq sənədi üzərində işləyir.
Teleqraf xəbər verir ki, bu barədə İranın İrəvandaki səfiri Mehdi Sübhani bildirib.
"Biz Ermənistan ilə hər iki ölkənin liderləri tərəfindən imzalanacaq geniş və əhatəli strateji sənəd üzərində çalışırıq. Bu sənəd həm də uzunmüddətli olacaq", - o qeyd edib.