BAKI, 7 fevral. TELEQRAF

ABŞ ilə heç bir danışıqlar ola bilməz. Danışıqlar aparmaq axmaqlıqdır və mənasızdır.

Teleqraf xəbər verir ki, bu barədə İranın Ali lideri Əli Xameneyi bildirib.

"Biz 2015-ci ildə ABŞ ilə müqavilə bağladıq, bir çox güzəştlərə getdik. Lakin amerikalılar müqavilənin öhdəliklərini yerinə yetirmədilər. Hazırda hakimiyyətdə olan şəxs Donald Tramp müqaviləni pozdu. ABŞ prezidenti Barak Obamanın administrasiyası da müqavilə şərtlərini yerinə yetirmədi. Müqavilə İrana qarşı sanksiyaların ləğv olunmasına yönəlmişdi, ancaq onlar ləğv olunmadı. Belə bir hökumətlə heç bir danışıqlar aparılmamalıdır. Onlarla danışıqlar aparmaq axmaqlıqdır, mənasızdır və ədalətsizdir", - o qeyd edib.