BAKI, 7 fevral.TELEQRAF

Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin məsuliyyətə cəlb edilməsi Rusiya ilə müzakirə edilib.

Teleqraf xəbər verir ki, bu barədə Suriyanın müdafiə naziri Murhaf əbu Kəsra bildirib.

“Bəşər Əsəd Rusiyaya getmək qərarına gələndə o, düşünürdü ki, biz ruslarla razılığa gələ bilməyəcəyik. Rusiya ilə münasibətlər ilk növbədə Suriyanın sonra isə Moskvanın maraqlarına cavab verməlidir. Rusiya ilə danışıqlar zamanı Bəşər Əsədin məsuliyyətə cəlb edilməsi məsələsi müzakirə olunub”,- nazir qeyd edib.