BAKI, 13 fevral. TELEQRAF

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Ukraynadakı münaqişə ilə əlaqədar itkin düşənlərin sayını açıqlayıb. Məlumatda qeyd olunub ki, itkin düşərək axtarışda olanların sayı bir il ərzində iki dəfədən çox artaraq, 50 min nəfərə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə BQXK-nın Ukraynadakı vəziyyətlə məşğul olan Mərkəzi İzləmə Agentliyinin bürosunun rəhbəri Dusan Vujasanin bildirib.

"Keçən il BQXK tərəfindən sənədləşdirilmiş itkinlərin sayı 23 min idi. Bir il sonra bu rəqəm iki dəfədən çox artdı. BQXK 50 minə yaxın itkin düşmüş adamı sənədləşdirib", - Reuters onun sözlərindən sitat gətirir .

BQXK qeyd edib ki, indi onlar münaqişə zonasında itkin düşmüş şəxslərlə bağlı ayda orta hesabla 5000 müraciət alırlar. Xüsusilə, axtarışda olan şəxslərin ailələri müvafiq sorğunu onlayn şəkildə göndərirlər.