BAKI, 7 fevral.TELEQRAF

Suriya üçün faydalı olacaqsa, o zaman Rusiyanın hərbi bazaları ölkədə qalacaq.

Teleqraf xəbər verir ki, bu barədə Suriyanın müdafiə naziri Murhaf əbu Kəsra bildirib.

Onun sözlərinə görə, Rusiyanın Suriyanın yeni hökuməti ilə münasibəti xeyli yaxşılaşıb və Dəməşq Moskvanın tələblərini nəzərdən keçirir.

“Siyasətdə daimi düşmənlər olmur”,- o qeyd edib.