BAKI, 6 fevral. TELEQRAF

İran ordusu Pakistanın hərbi dəniz təlimində iştirak edəcək.

Teleqraf xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.

"İran ordusunun Hərbi Dəniz Qüvvələri fevralın 7-11-də Pakistanın cənubunda keçirilməsi planlaşdırılan “AMAN” adlı hərbi təlimində iştirak edəcək.

İki ildən bir keçirilən “AMAN” təlimləri regional əməkdaşlığı və sabitliyi təşviq etmək, qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaq məqsədi daşıyır", - məlumatda belə qeyd olunub.