GƏNCƏ, 13 fevral. TELEQRAF
Gəncədə "Ford" markalı avtomobil xəndəyə düşüb.
Teleqraf xəbər verir ki, şəhərin Cavad Rəfibəyli küçəsində su borusunun partlaması nəticəsində yol çöküb.
Nəticədə "Ford" markalı yük avtomobili çökmə nəticəsində yaranan xəndəyə düşüb.
Qeyd edək ki, bir müddət öncə sözügedən ərazidə su və kanalizasiya xətti çəkilib. İşlər müəyyən fasilədən sonra yenidən davam etdirilib. Sıradan çıxan boruların fərdi evlərə çəkilən xəttlərdir. İşləri özəl şirkətlərdən biri aparır.