BAKI, 13 fevral. TELEQRAF

Əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 2.54% azalaraq 3.6556 ABŞ dollarına bərabər olub.

Teleqraf xəbər verir ki, Niderlandın "Title Transfer Facility"də (TTF) qazın meqavat-saatının dəyəri 56.05 avroda sabit qalıb.

Qeyd edək ki, "Title Transfer Facility"də qazın meqavat-saatının dəyəri aylıq əsasda 18.53% bahalaşıb.