BAKI, 13 Fevral. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı və Nərimanov rayonları ərazisində ümumilikdə üç ünvanda vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.
Nazirlikdən Teleqraf-a verilən məlumata görə, məlumatlarla əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində ayrı-ayrı ünvanlarda bağlı qapı arxasında və liftdə köməksiz vəziyyətdə qalan 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib.