![](https://teleqraf.az/storage/2025/02/03/715x378/dem_qazi.jpg)
GƏNCƏ, 13 fevral. TELEQRAF
Gəncədə ana və qızı dəm qazından zəhərlənib.
Teleqraf xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.
1982-ci il təvəllüdlü Zəhra Tağıyeva və onun 19 yaşlı qızı Sevda İbrahimova dəm qazından zəhərlənib. Ana və övladına tibbi yardım göstərilib, vəziyyətləri stabildir.