BAKI, 13 fevral. TELEQRAF

Yanvar ayında Avropaya təxminən 1 milyard kubmetr qaz ixrac olunub.

Teleqraf xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov sosial şəbəkə hesabında qeyd edib.

O qeyd edib ki, Türkiyəyə 0,7 milyard kubmetr, Gürcüstana isə 0,3 milyard kubmetr qaz ixrac olunub.

Nazir əlavə edib ki, bu dövrdə TANAP-la Türkiyəyə 0,5 milyard kubmetr qaz nəql edilib.