BAKI, 13 fevral. TELEQRAF

Yevlax şəhərində ümumi sahəsi 196 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və içərisindəki əşyalar 6 m² sahədə yanıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.