BAKI, 12 fevral. TELEQRAF

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0.78% azalaraq 2,910.12 ABŞ dollarına bərabər olub.

Teleqraf birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti isə 0.49% azalaraq 32.163 ABŞ dolları təşkil edib.