![](https://teleqraf.az/storage/2025/02/12/715x378/2021-02-13t171107z_1782293690_rc2trl964lek_rtrmadp_3_usa-trump-impeachment-pic905-895x505-85130.jpg)
BAKI, 12 fevral. TELEQRAF
ABŞ Kanada üçün polad və alüminium tariflərini 25%-dən 50%-ə yüksəldə bilər.
Teleqraf xəbər verir ki, bu barədə "Canadian Press" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, bu, bütün Kanada mallarına tətbiq edilən digər tariflərin də artmasına səbəb olacaq.
Qeyd edək ki, bir gün əvvəl ABŞ Prezidenti Donald Tramp ABŞ-dən polad və alüminium idxalına 25% rüsum tətbiqini özündə əks etdirən fərman imzalayıb. Fərman martın 4-dən qüvvəyə minir.