![](https://teleqraf.az/storage/2025/02/12/715x378/upload-20220124_new_z03_036-pic_32ratio_900x600-900x600-65293_(1).jpg)
BAKI, 12 fevral. TELEQRAF
1820-ci ildə qurulan Fransanın "Verney-Carron" şirkəti Ukrayna Silahlı Qüvvələrinə silah tədarükü müqaviləsi ləğv edildikdən sonra müflis olub.
Teleqraf xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.
Bildirilir ki, Sent-Etyendə yerləşən silah istehsalçısı "Verney-Carron" çərşənbə axşamı müflis olduğunu elan edib. Şirkət müflisləşmə barədə qərar qəbul etməsi üçün məhkəməyə müraciət edib.
Telekanalın məlumatına görə, Ukraynaya silah tədarükü üçün 2023-cü ilin noyabrında elan edilmiş 36 milyon avroluq müqavilə hələ də təsdiqini tapmayıb.