![](https://teleqraf.az/storage/2025/02/12/715x378/efv.jpg)
BAKI, 12 fevral. TELEQRAF
Bu gündən Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları başlayır.
Teleqraf xəbər verir ki, toplantıda komissiyaya daxil olan müraciətlərə baxılacaq.
Növbəti əfv sərəncamı imzalanana qədər komissiyanın iclasları mütəmadi keçiriləcək. Lakin sərəncamın nə zaman imzalanacağı məlum deyil. Bu məsələ Azərbaycan Prezidentinin səlahiyyətinə daxildir.