BAKI, 12 fevral. TELEQRAF

Amerikan futbolu üzrə Superboul-2025-in final matçı izlənmə rekordu qırıb.

Teleqraf "Fox"a istinadən xəbər verir ki, "Filadelfiya İqlz" və "Kanzas-Siti Çifs" arasında keçirilən qarşılaşmanın ümumi auditoriyası 126 milyon nəfər olub.

Final oyununun fasiləsi zamanı məşhur repçi Kendrik Lamar çıxış edib. "The Athletic" nəşri onu bütün Superboul finalları tarixinin ən yaxşı 4-cü səhnə performansına layiq görüb.

Filadelfiya təmsilçisi 40:22 hesablı qələbə ilə tarixinin ikinci Superboul titulunu qazanıb.

Qeyd edək ki, Superboul Milli Futbol Liqasının (NFL) final oyunudur. ABŞ-da bayram kimi qeyd olunan turnirin ən titullu komandaları 6 kubokla "Pittsburq Stilerz" və "Nyu-İnqlend Petriots"dur.