BAKI, 12 fevral. TELEQRAF

"İsrail Qəzza zolağında atəşkəs razılaşmasının həyata keçirilməsində yaranan çətinliklərə görə məsuliyyət daşıyır".

Teleqraf xəbər verir ki, bu barədə Fələstinin HƏMAS hərəkatı "Telegram" kanalında bəyanat yayıb.

“İsrail öhdəliklərini yerinə yetirə bilmədi, buna görə də sazişin həyata keçirilməsində yaranan gecikmələrə görə məsuliyyət onun üzərinə düşür", - bəyanatda deyilir.

Hərəkat ABŞ, Misir və Qətərin təmsil etdiyi vasitəçilərin köməyi ilə bağlanmış sazişə qarşı tərəf əməl edəcəyi təqdirdə razılaşmanın icrasının mümkünlüyünü vurğulayıb.