BAKI, 12 fevral. TELEQRAF

Malayziya Baş naziri Ənvər İbrahim sosial media hesabında türkcə mahnının müşayiəti ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla fotolarını paylaşıb.

Teleqraf xəbər verir ki, baş nazir paylaşımında məşhur türkiyəli müğənni İrəm Dəricinin “Kalbimin tek sahibi” mahnısından istifadə edib.

Ənvər İbrahimin gündəm olan paylaşımında aşağıdakı ifadələr də yer alıb:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iki günlük rəsmi səfəri çərçivəsində Malayziya-Türkiyə Biznes Forumunda onunla görüşdüm. Çıxışımda ölkələrimiz arasında ticarət əməkdaşlığının artırılmasının zəruriliyini vurğuladım. Biznes forumunun Ərdoğanın səfərinin yekun proqramı olduğunu nəzərə alaraq, onun və nümayəndə heyətinin iştirakından məmnun olduğumu bildirdim və qurulan əlaqələrin gələcək əməkdaşlığa geniş təsir edəcəyini söylədim. Təşəkkür edirəm, görüşənədək!”

Xatırladaq ki, Türkiyə prezidenti 10-11 fevral tarixlərində Malayziyada səfərdə olub.