![](https://teleqraf.az/storage/2025/02/12/715x378/_(1).jpg)
BAKI, 12 fevral. TELEQRAF
Keçən həftə “Türk axını” boru kəməri ilə Rusiya qazının Avropaya tədarükündə yeni rekord qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb.
Belə ki, fevralın 3-dən 9-dək Türkiyə və Bolqarıstan sərhədində yerləşən "Strandja-2" kompressor stansiyasından nəqletmə 390 milyon kubmetri ötüb. Bu, 2020-ci ilin yanvarında qaz kəmərinin istifadəyə verilməsindən bəri mütləq həftəlik tədarük rekordudur. Əvvəlki maksimum göstərici ötən ayın son həftəsində müşahidə olunub - 376 milyon kubmetr.
Ötən həftə sutkalıq tədarük göstəricisində də artım qeydə alınıb.