![](https://teleqraf.az/storage/2025/02/12/715x378/87-pic_32ratio_900x600-900x600-99737.jpg)
BAKI, 12 fevral. TELEQRAF
Güclü qar 1500-dən çox sərnişinin Yaponiyanın Hokkaydo adasındakı hava limanında gecələməsinə səbəb olub.
Teleqraf xəbər verir ki, bu barədə yerli "NHK" telekanalı məlumat yayıb.
Məlumata görə, fevralın 11-i günortadan sonra Hokkaydonun ən böyük hava limanı Şin-Çitoz yaxınlığında külək və qar güclənib və bu, görmə qabiliyyətinin əhəmiyyətli dərəcədə pisləşməsinə səbəb olub. Nəticədə Tokio və Osakada 118 reys ləğv edilib.
Uçuşların ləğvindən xəbərsiz olan sərnişinlər hava limanında gecələməli olublar.