BAKI, 12 fevral. TELEQRAF

Yaxın saatlarda ABŞ Prezidenti Donald Tramp Ağ Evdə əvvəllər Rusiyada məhkum olunmuş və ötən gün azadlığa buraxılmış amerikalı Mark Vogeli qəbul edəcək.

Teleqraf yerli mətbuata istinadən xəbər verir ki, bu barədə dövlət başçısının dərc olunmuş iş cədvəlində yazılıb.

Amerika liderinin cədvəlinə əsasən, siyasətçi ilə Vogel arasında görüş çərşənbə axşamı yerli vaxtla saat 22:00-a planlaşdırılıb və Ağ Evin diplomatik qəbul otağında baş tutacaq.