![](https://teleqraf.az/storage/2025/02/12/715x378/owl_detail_240_7411a2dc8d28aafd864ad5cbd347e8d2.jpg)
BAKI, 12 fevral. TELEQRAF
"Moldovanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün Avropanın enerji bazarına inteqrasiya prosesi sürətləndirilməlidir".
Teleqraf xəbər verir ki, bu barədə Moldovanın Baş naziri Dorin Reçan bildirib.
“Hakimiyyət Moldovanın enerji müstəqilliyini və Avropa enerji bazarına tam inteqrasiyasını təmin edəcək layihələrin həyata keçirilməsini sürətləndirməlidir”, - o deyib.
Reçanın sözlərinə görə, Moldova hakimiyyət orqanları aydın baxışlara malikdir və ölkə vətəndaşlarının daimi olaraq qaz və elektrik enerjisi ilə təmin olunması, ən aşağı qiymətlərdən faydalanması üçün konkret addımlar atır.