![](https://teleqraf.az/storage/2025/02/12/715x378/ap22021631922730-pic_32ratio_900x600-900x600-44652.jpg)
BAKI, 12 fevral. TELEQRAF
NATO Rusiya ilə paralel olaraq yenidən silahlanmasa , o zaman Ukraynada müharibə başa çatdıqdan altı ay sonra Moskva yeni işğala hazır olacaq.
Teleqraf xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Rusiyadan gələn təhlükə ilə bağlı yenilənmiş hesabatında deyilir.
Məxfi olmayan məlumata görə, hazırda NATO-ya hərbi hücum təhlükəsi yoxdur, amma yaxın belə bir təhdid artacaq.
Ukrayna ilə müharibənin başlanğıcından Rusiya ordusunda əsaslı yenidənqurma və islahatlara başlayıb və 2024-cü il ərzində NATO ilə bərabər səviyyəyə çatmaq üçün intensiv silahlanma ilə məşğul olub. Çinin maliyyə dəstəyi, həmçinin Şimali Koreya və İrandan silah və qoşun tədarükü Rusiyaya öz resurslarını artırmağa kömək edir:
“Rusiya özünü Qərblə konflikt içində görür və NATO-ya qarşı müharibəyə hazırlaşır. Bu, müharibənin başlaması ilə bağlı qərarın verildiyi anlamına gəlmir, amma Rusiya silahlanır və belə bir qərar qəbul etmək üçün potensial yaradır”, - Danimarka kəşfiyyatı bildirir.
Bununla belə, Rusiya NATO-nun kollektiv müdafiə ilə bağlı 5-ci maddəsini işə sala biləcək addımlardan qaçmağa çalışır, amma kəşfiyyat hesabatına görə, güc balansı dəyişərsə, onun risk iştahı arta bilər. Məsələn, Moskva alyansı zəifləmiş və ya siyasi cəhətdən parçalanmış hesab edərsə, bir və ya bir neçə Avropa ölkəsinə qarşı regional müharibə aparmağa qərar verəcək, xüsusilə də Donald Trampın hakimiyyətə qayıdışından sonra ABŞ-nin mümkün savaşda Avropaya dəstək verməyəcəyi ehtimalını nəzərə aldıqda.
Qeyd edilir ki, Rusiyadan real hərbi təhlükə həm də Ukraynada müharibənin inkişafından asılıdır. Kəşfiyyat hesab edir ki, Moskva eyni vaxtda Ukrayna və bir neçə NATO ölkəsinə qarşı müharibə apara bilməyəcək. Amma müharibə dayandırıldıqda və ya dondurulduqda Kreml hərbi resurslarını bu yöndə səfərbər edə biləcək.
Danimarka kəşfiyyatının hesablamasına görə, NATO sürətlə silahlanmasa, Ukraynada müharibə bitdikdən sonra aşağıdakı ssenarilər mümkündür:
- Altı aydan sonra Rusiya qonşu ölkələrin birində lokal müharibə apara biləcək;
- Təxminən iki ildən sonra bir və ya bir neçə NATO ölkəsi üçün real təhlükə yaradacaq, yəni Baltik dənizi regionunda bir neçə dövlətə qarşı regional müharibəyə hazır olacaq;
- Təxminən beş ildən sonra Moskva ABŞ-nin iştirakı olmadan Avropa qitəsində genişmiqyaslı müharibəyə hazır ola bilər.