BAKI, 12 fevral. TELEQRAF

SpaceX şirkətinin kosmik gəmisi "Crew Dragon" martın 12-də Beynəlxalq Kosmik Stansiyaya (BKS) yola düşəcək.

Teleqraf xəbər verir ki, bu barədə "NASA"-nın saytında məlumat verilib.

Gəminin heyətinə NASA astronavtları Enn Makkleyn və Nikol Ayers, Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyindən Takuya Onişi və rus kosmonavt Kirill Peskov daxildir.

Martın ortalarında "Roskosmosun" kosmonavtı Aleksandr Qorbunov və astronavtlar Nik Heyq, Sunita Uilyams və Barri Uilmor BKS-i tərk edəcəklər.

Onlar yeni heyətə stansiyanın davam edən elmi-texniki əməliyyatları ilə tanış olmağa köməklik göstərəcəklər.