BAKI, 12 fevral. TELEQRAF

Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin yanvar ayı üzrə "Bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksi"ni dərc edib.

Teleqraf xəbər verir ki, yuxarı şikayət indeksində (qırmızı zona) 2 bank, orta şikayət indeksində (sarı zona) 6 bank, aşağı şikayət indeksində (yaşıl zona) 10 bank yer alıb. İndeksdə 18 bank göstərilib.

Bir ay öncə - 2024-cü ilin dekabrı ilə müqayisədə “qırmızı zona”da olan bankların sayı 1 ədəd azalıb, “sari zona”da rəqəm dəyişməyib, “yaşıl zona”da isə bankların sayı 8-dən 10-na yüksəlib.

Ayrıca “qırmızı zona”da olan banklar də dəyişib. Belə ki, ötən ilin dekabr ayında “Bank BTB, “TURANBANK”, "Bank of Baku" var idisə, bu ilin ilk ayında isə “Yapı Kredi Bank Azərbaycan” VƏ "YELO BANK" var.

Cədvəldə yer almayan banklar üzrə ay ərzində Mərkəzi Banka şikayət daxil olmayıb. Yuxarıda qeyd olunan kateqoriya üzrə göstəriclər şikəyət sayı və müştəri bazasına görə aylıq əsasda dəyişə bilər. Azərbaycanda 22 bank fəaliyyət göstərir.