
BAKI, 12 fevral. TELEQRAF
"Çağırış yaşında olan ukraynalılar Polşa ərazisini tərk edib vətənlərinə qayıtmalıdırlar".
Teleqraf xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış yerli "ZET" radiosunun efirində deyib.
Ukrayna vətəndaşlarının Polşanı tərk edib-etməməsi ilə bağlı suala o, “Hərbi çağırış yaşında olanlar, təbii ki, tərk etməlidirlər” deyə cavab verib.
Qeyd edək ki, Rusiya ilə müharibə vəziyyətində olan Ukrayna ordusunda canlı qüvvə çatışmazlığı problemi mövcuddur. ABŞ Kiyevə hərbi xidmətə çağırış yaşını 18-ə endirməyi çağırış edib.