BAKI, 12 fevral. TELEQRAF

Çex alimlər Albaniya və Yunanıstan sərhədində dünyanın ən böyük yeraltı termal gölünü aşkar ediblər.

Teleqraf xəbər verir ki, bu barədə "National Geographic" jurnalının fevral buraxılışında məlumat dərc olunub.

Məlumata görə, 110 metr dərinlikdə Neuron adlı qeyri-adi su hövzəsi tapılıb. Alimlər çuxura enərək nəhəng göl aşkar ediblər.

Mağaranın tədqiqi prosesi alimlər üçün çətin və təhlükəli olub. Belə ki, komanda zəhərli qazların yaratdığı problemlərlə üzləşib.

Qeyd edək ki, daha əvvəl yeraltı termal hovuz 2008-ci ildə Macarıstanın paytaxtı Buxarestdə türk hamamlarının altında tapılmışdı .