BAKI, 12 fevral. TELEQRAF

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) əsas işi seçkilərə təsir göstərmək olub.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ hökumətinin Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask bildirib.

Onun sözlərinə görə, USAID seçkilərə təsir etmək üçün “şübhəli vasitələrdən” istifadə edib.

“USAID-in gördüyü işlərin çoxu seçkilərə təsir etmək məqsədi daşıyırdı. Agentlik səriştəsiz və çox korrupsionerdir”, - deyə Mask bildirib.