![](https://teleqraf.az/storage/2025/02/12/715x378/xala.jpg)
BAKI, 12 fevral. TELEQRAF
Ötən ay Türkiyədən Azərbaycana xalça ixracı azalıb.
Teleqraf xəbər verir ki, Türkiyə İxracatçılar Məclisinin yaydığı statistikaya görə, bu ilin yanvarında Türkiyə Azərbaycana 459 min dollar dəyərində xalça ixrac edib.
Bu, 2024-cü ilin yanvarı ilə müqayisədə 20,3 faiz azalma deməkdir. Belə ki, ötən ilin yanvarında Azərbaycana 575 min dollarlıq xalça ixrac edilmişdi.
Ötən ilin dekabrı ilə müqayisədə azalma isə 67,3 faiz olub. Dekabrda 1,4 milyon dollarlıq xalça ixrac edilmişdi.