BAKI, 12 fevral. TELEQRAF

ABŞ Konqresinin Araşdırmalar Xidməti (CRS) tərəfindən F-35 döyüş təyyarəsi ilə bağlı yeni hesabat hazırlanıb.

Teleqraf xəbər verir ki, Türkiyəyə xüsusi istinad edilən hesabatda Ankaranın Böyük Britaniya və Kanada ilə birlikdə F-35 proqramının ilk səkkiz beynəlxalq tərəfdaşından biri olduğu vurğulanıb.

Sənəddə ABŞ-nin 2019-cu ilin iyulunda Türkiyəni Rusiyadan S-400 raket sistemi almasına görə F-35 proqramından çıxardığı xatırladılıb. Hesabatda Türkiyənin S-400 almasının ABŞ-də Rusiyanın F-35-in gizli xüsusiyyətləri ilə bağlı məlumat əldə edə biləcəyi ilə bağlı narahatlığı artırdığı qeyd edilib.

Həmçinin F-16 döyüş təyyarələrinin satış qərarının Türkiyənin F-35-ləri ala bilməyəcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirdiyi vurğulanıb.

“Konqres Türkiyənin proqramda iştirakına yenidən baxa bilər”, - sənəddə bildirilib.

Avstraliya, Danimarka, Norveç, Kanada və Türkiyənin F-35 proqramında 125 milyon dollardan 175 milyon dollara qədər qatqılarla iştirak etdiyini deyilən sənəddə Ankranın tərəfdaş statusunu saxlayaraq, mühərrik təmiri fəaliyyətində yer alacağı da yazılıb.