BAKI, 18 sentyabr. TELEQRAF

TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubovla görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Kubanıçbek Ömüralıyev sosial media hesabında paylaşım edib.

"Görüş zamanı regional və qlobal proseslər, TDT çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, eləcə də bu istiqamətdə birgə səylərin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb", - o qeyd edib.